Bakıda qəza: 160 minlik BMV bu hala düşdü – Foto

Ötən gün Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.

Sozcu.az xəbər verir ki, sürətlə hərəkətdə olan “M5 Competition Package” markalı avtomobil döngəyə sərt girərək idarəetmədən çıxıb və aşıb.

Qəzanın dəqiq hansı şəraitdə baş verdiyi məlum deyil.

“M5 Competition Package” yeni nəsil BMV M5 avtomobillərdəndir. O, 3,3 saniyəyə 100 km/saat sürət yığmaq imkanına malikdir. Qiyməti 160 min dollar civarındadır.(Report)