Bakıda kütləvi dava: 1 nəfər öldürüldü – Video

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

Sozcu.az xəbər verir ki, İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı Səfərov Emin Ehtiram oğlu qətlə yetirilib.

Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.(Report)