“Bakıda final oynamaq xüsusi gözəl olar” – Lyakazett

“Valensiyada bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. Ona görə də mümkün qədər çox qol vurmaq istəyirdik. Real qol imkanlarını qaçırdım, ancaq yaxşı ki, Obameyanq 3-cü qolu vurdu”.

Sozcu.az xəbər verir ki, bu sözləri “Arseanl”ın futbolçusu Aleksandr Lyakazett Avropa Liqasının yarımfinalının “Valensiya” ilə ilk görüşündən (3:1) sonra UEFA-nın saytına açıqlamasında deyib.

Londonda keçirilən matçda dubl edən fransalı hücumçu Bakı finalını arzuladığını gizlətməyib: “Avropa Liqasının qalibi olmaq bizə təkcə Çempionlar Liqasına getmək üçün lazım deyil. Həm də bir kubok qazanmaq istəyirik. Həm Premyer Liqanı ilk 4-lükdə tamamlamaq, həm də Bakıda final oynamaq xüsusi gözəl olar”.

Xatırladaq ki, Avroliqanın final matçı mayın 29-də Bakı Olimpiya Stadionunda keçiriləcək.(Qol.az)