Bakıda dustaqlar arasında kütləvi DAVA: 6 nəfər xəsarət aldı

Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasında kütləvi dava düşüb.

Sozcu.az  “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.