Bakıda dayə evdən oğurluq etdi- Cinayəti törədənin 12 yaşlı öz qızı olduğunu dedi

Bakıda dayə işlədiyi evdən oğurluq etməkdə ittiham olunur. İşin ilginc tərəfi budur ki, qadın oğurluğu özünün yox, azyaşlı uşağının etdiyini deyir.

Sozcu.az xəbər verir ki, oğurluq hadisəsi Nərimanov rayonunda, Faiq Yusifov küçəsi 45A ünvanında baş verib. Şahin Ocaxquliyevə məxsus mənzildən oğurluq edilib. Oğurluq hadisəsi evdə dayə işləyən Reyhan Kərimova tərəfindən törədilib. Mənzildən ümumi dəyəri 12 min manat olan qızıl zinət əşyaları oğurlanıb.

Ev sahibi Ş.Ocaxquliyev Nəriman Rayon Polis İdarəsinə müraciət edib. Aparılan araşdırmalar nəticəsində Reyhan Kərimova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində cinayət işi açılsa da, həbs edilməyib. Bu qərardan zərərçəkmiş Ş.Ocaxquliev narazı qalıb.

“Reyhan Kərimova oğurluğu azyaşlı qızının etdiyini deyir. İşi araşdıran müstəntiq də bu qənaətdədir. Bu isə işin faktiki halları ilə uyğunluq təşkil etmir. Bir vətəndaş kimi hüquqlarım pozulub”- deyə narazı vətəndaş baş prokruror Kamran Əliyevə müraciətində qeyd edib.

Ş.Ocaxquliyev hadisə barədə danışan zaman deyib ki, Reyhan Kərimova ifadəsində bildirir ki, qızılları ona azyaşlı qızı taparaq verib.

“Qızı da anası kimi eyni ifadəni verir. Həmin qızıllar bizim evdə mebelin yuxarı hissəsində olub və uşağın onu oradan götürməsi mümkün deyil. Reyhanın 12 yaşlı qızı deyir ki, guya qızılları evdən bir dəfəyə götürüb. Amma bu, mümükün deyil. Çünki qızılların hissə-hissə götürülüdüyünü bilirik. Həmin qızıllar daha sonra qızıl alveri ilə məşğul olan ayrı-ayrı şəxslərə satılıb”- deyə Ş.Ocaxquliyev baş vernləri danışarkən qeyd edib.

Cinayət hadisəsinin tam araşdırılamdığını, Reyhan Kərimovanın məsuliyyətdən yayınmaq üçün cinayəti qızının üzərinə atdığını deyən Ş.Ocaxquliyev rəsmi qurumlara müraciətini davam etdirir.musavat.com

Facebook Comments