Bakıda daha bir aksiya – VİDEO

Sentyabrın 25-də keçmiş “Sovetski” sakinləri Yasamal Rayon İcra Hakimiyyətin qarşısına toplanaraq etiraz ediblər.

Sozcu.az-ın xəbərinə görə, müxtəlif illərdə evləri sökülən sakinlərin ortaq narazılığı verilən kompensasiyanın azlığıdır.

“Bəzi hallarda məmurlar deyir ki, 1500 manatdan narazısınızsa, niyə bu qiymətlə razılaşıb çıxmısınız? İçində yaşadığımız halda buldozerlə dağıdırdılar evimizi. Bu səbəbdən çıxmışıq. Lakin yağışdan da qaçıb, yağmura düşmüşük. ”At yalı” qəsəbəsində kanalizasiyasız, internetsiz qalmışıq. Biz köçməmişik, ora sığınmışıq”, – “Sovetski”nin keçmiş sakini Kübra Rəhimova deyir.

Sakinlər deyir ki, keçirdikləri etiraz aksiyalarından sonra onlara evlərinin hər kvadratmetrinə görə əlavə 500 manat kompensasiya ödəniləcəyi deyilib, amma bu da belə olmayıb: “Verilməliydi, amma verilməyib. Heç bir qəpik də…”

Yasamal Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olan sakin deyir ki, başçı Elşad Həsənov onlara məsələni araşdırdıqlarını, bu müddət ərzində gözləməli olduqlarını bildirib.Meydan.tv

Facebook Comments