Bakıda çoxmənzilli yaşayış binasında yanğın – sakinlər təxliyyə edildi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Sozcu.az-ın xəbərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumatı təsdiqləyib.

O qeyd edib ki, hadisə səhər saatlarında, paytaxtın Xətai rayonu Natiq Əliyev küçəsi-42 ünvanında qeydə alınıb.

Belə ki, 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində kommunikasiya xətləri olan şitdə yanğın olub. Hadisə yerinə gələn FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları yanğını söndürüb, bir neçə şəxs təxliyyə edilib. Faktla bağlı araşıdrma aparılır.(Report)

Facebook Comments