Bakıda avtomobilsiz istirahət günü ənənəsi təbliğ olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Bakıda Dünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib.
Sozcu.az xəbər verir ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunnan veloyürüşün məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

Veloyürüşdə Gənclər və İdman Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Bakı Nəqliyyat Agentliyinin, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak ediblər.