Bakı və Ankara bunu istəyir – Felgenhauer

Rusiyanın Ermənistanda və Azərbaycandakı (Qarabağdakı) hərbi mövcudluğu Türkiyə üçün təhdid kəsb etmir.

Sozcu.az xəbər verir ki, bunu “168.am”a müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib. O, buradakı rusiyalı sülhməramlılarının və Rusiya bazasındakı hərbçilərin kifayət qədər yüngül silahlandığını bildirib.

Hərbi ekspert Qarabağda yaradılacaq monitorinq mərkəzinin Bərdə və ya Şuşada yerləşə biləcəyini iddia edib:

“Müştərək monitorinq mərkəzi üçün iki yer – Bərdə və Şuşa müzakirə edilir. Bərdədə infrastruktur var, Şuşada isə yoxdur, amma Şuşa Azərbaycan və Türkiyə üçün vacibdir. Dəqiqləşdirmə hələ yoxdur, amma ruslar buna qarşı çıxacaqlar. Azərbaycan istəyir ki, ərazi Qarabağ bölgəsinə çox yaxın olsun, bunu Türkiyə də istəyir”.

Facebook Comments