Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində YENİ TƏYİNAT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edilb.

Sozcu.az-ın xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə bu vəzifə polkovnik-leytenant Malik İbrahimova tapşırılıb.

M.İbrahimov bu ilin yanvar ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alay komandiri vəzifəsinə təyin olunmuşdu.

Məlumata görə, polkovnik-leytenant hər iki vəzifəni icra edəcək.Bakupost

Facebook Comments