Bakı məktəblərini bitirən məzunların 8.51%-i Azərbaycan dilindən “2” alıb –DİM-dən hesabat

2018-ci ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 19722 şagird bitirib, onların 19439 nəfəri buraxılış imtahanında iştirak edib və 16002 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb.

Sözcü.az xəbər verir ki,bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Məlumata görə, şəhər məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal 19.42, riyaziyyat fənnindən 19.14, xarici dil (kimya) fənnindən 18.09, hər üç fənn üzrə birlikdə 56.66-ya bərabərdir.

Bu, ölkə üzrə orta göstəricidən müvafiq olaraq 11.72%, 13.53%, 22.71%, 15.66% yuxarıdır. Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 8.51%-i “2”, 30.62%-i “3”, 31.69%-i “4”, 29.17%-i “5”, riyaziyyat fənni üzrə 9.38%-i “2”, 25.76%-i “3”, 33.67%-i “4”, 31.19%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 9.42%-i “2”, 32.62%-i “3”, 29.55%-i “4”, 28.41%-i “5” qiyməti alıb. Ümumilikdə, 19533 nəfər attestat alıb.

Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 10450 məzunu (imtahanlarda iştirak edənlərin 59.82%-i) tələbə adını qazanıb. Onların 30.57%-i (3195 nəfəri) dövlət, 0.83%-i (87 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 56.48%-i (5902 nəfəri) dövlət, 12.11%-i (1266 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Şəhər məzunlarının 2456 nəfəri 500-dən, o cümlədən 945 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub/Report/