Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli ilə bağlı AÇIQLAMA

Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə dəyişiklik edilməyib.

Bu barədə Sozcu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər. Qeyd olunub ki, 2020-ci il 14 mart saat 00:00-dan etibarən ongünlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi-Bakı sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib Bakıya qayıdır: “Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib”.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı qatarına alınmış biletlər üçün ödənilən məbləğ “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq.

Facebook Comments