“Bahar qalxanı”: Türkiyə ordusunun uğurlu əməliyyatı…

Türkiyə ordusunun ötən ilin 27 fevral tarixində başlatdığı “Bahar qalxanı” antiterror əməliyyatı bir çox prosesin gedişatını dəyişdi.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyatın məqsədi Suriyada rejimin yayılmasının qarşısını almaq, bölgədəki qüvvələrimizin təhlükəsizliyini təmin etməkdən ibarət idi. Həmçinin, rejimin təzyiqi ilə Türkiyə sərhədi istiqamətində gələn insan köçünün qarşısını almaq, bölgə xalqını təhlükəsiz bir şəkildə öz yurduna geri qaytarmaq idi. Qurudan və havadan icra edilən əməliyyat 5 mart 2020-ci ildə uğurla tamamlanıb.

Əməliyyatlar zamanı 3 min 473 rejim üzvü, 3 qırıcı, 8 helikopter, 1 PUA, 93 tank, 36 zirehli texnika, 67 artilleriya qurğusu və 10 hava müdafiə sistemi məhv edilib”.

Facebook Comments