Bağçada uşaqları söyən müəllim işdən çıxarıldı

Uşaqların təhqir olunması ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 331 saylı uşaq bağçasının müdiri Bakı Şəhər İcra Hakimiyyətinə çağırılıb.

Report-un əldə etdiyi məlumata görə, azyaşlıları təhqir edən müəllim Lalə Novruzova bağça rəhbərliyinin əmri ilə mayın 31-də işdən çıxarılıb.

Bununla bağlı əmr onun Əmək kitabçasına da yazılıb.

Uşaqları təhqir edən müəllim bağçada 3 ildir çalışırmış.

Sozcu.az