“Bacarıqlı insanların bələdiyyələrə seçilməsinə mane olunmamalıdır” -Xəzər Teyyublu

“Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov YAP üzvlərinin bələdiyyələrdə aktif, effektli işlər görməsindən xeyli məruzə etdi. Nərmanovda 15 ildir ki, YAP-ın şöbə sədri həm də, bələdiyyə sədridir. Bələdiyyənin üzvləri də eyni partiyanın üzvlərdir. Nərmanov rayonunun köklü sakinləri, rayonu yaxından tanıyan, problemləri bilən bacarıqlı insanlar qalıb bir tərəfdə. Bələdiyyə tam bir partiyanın inhisarındadır və heç bir iş görülmür”.

Sozcu.az xəbər verir ki,bunu Teleqraf İnformasiya Agentiliyinin rəhbəri, KXCP İdarə Heyyətinin üzvü  Xəzər Teyyublu deyib. Xəzər Teyyublu qeyd edib ki, bələdiyyə seçkilərində problemi bilən yerli insanların seçilməsinə mane olunmamalıdır:

“Yagış yagan kimi rayonun Aşıq molla Cùmə 6, 8 14 ùnvanları, Nazim Hacıyev kəsişməsi , Daş karxanası, Aga Nemetulla – tunelin içi , 205 ci qəsəbə Cerment – qarametal ve çoxlu ùnvanlar pis gùnə dùsùr. ( binalarda , zirzəmilərdə , kommunal problemlər ) Insanlar zùlm çəkir. Bunlar hələ rayonun kiçik dərdlərdir. Bəs hanı iş , hanı yùksək effekt? Bələdiyyələr dəyişilməlidir və bacarıqlı, problemi bilən yerli insanların seçilməsinə mane olunmamalıdır”.