Bəybala Əbil: “Müxalifətə qarşı yeni repressiyalar başlayıb”

17 noyabr – Meydan Hərəkatının 30 illiyi münasibətilə AXCP sədri Əli Kərimlini və bir çox cəbhəçiləri həbs edilib.
KXCP Ali Məclisinin sədri Bəybala Əbil hadisəni Müxalifətə qarşı yeni represiyaların başlanığıcı hesab edir:

“Milli Dirçəliş Gününün 30 illiyi münasibətiylə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və onlarla birlikdə bir çox vətəndaşların polis tərəfindən saxlanılması siyasi müxalifətə qarşı yeni repressiyaların başlandığını göstərir.

Hakimiyyət orqanları represiyaları durdurmalı, saxlanılan bütün vətəndaşları dərhal azad etməlidir”.

Facebook Comments