Azərbaycanda dəhşət: Oğul atasını döyüb xəstəxanalıq etdi

Pirallahı qəsəbəsində döyülmə hadisəsi baş verib.
Sozcu.az APA-ya istinadən xəbər verir ki, Cilov adasında oğul ailə münaqişəsi zəmnində atası, 1973-cü il təvəllüdlü Mahmudov Aydın Məmmədağa oğlunu döyərək xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. A.Mahmudova qapalı kəllə-beyin travması, sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.