“Azəriqaz” Qarabağ müharibəsi əlilinə sərfiyyatdan artıq borc yazdı

“Azəriqaz” İstehsalat Birliyi Qarabağ müharibəsi əlilinə 599 manat borc yazıb.

Sozcu.az xəbər verir ki, bu barədə vətəndaş müraciətində məlumat verib. O iddia edib ki, ötən ilin sentyabr ayında borc sıfırlansa da bir neçə aydan sonra ödəniş olunmasına rəğmən böyük miqdarda borc yazılıb. Tofiq Cəfərov Ağcəbədi rayon sakinidir. İkinci qrup əlil, Qarabağ müharibəsi veteranıdır:

“Sentyabr ayında borc sıfırlandı. Üzərindən bir neçə ay keçməsinə baxmayaraq külli miqdarda vəsait yazıb sayğac. Bu tək mənim problemim deyil, bütün Ağcəbədidə vəziyyət ürəkaçan deyil. Ötən ay da 100 manat ödəmişəm amma yenə də külli miqdarda vəsait borc yazıb. Ödəniş etdiyim ayların qəbzləri də əlimdə var”. “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov Correct.az saytına açıqlamasında bildirib ki, heç bir abonentə sərfiyyatından artıq məbləğ yazılmır: “Heç bir vətəndaşa, abonentə sərfiyyatından artıq vəsait yazılmır. Gələn həftədən etibarən “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində hər həftənin 2-ci və 4-cü günləri “Açıq qapı” günləri elan edilib.

Sayğacın sərfiyyatından, yazılan vəsaitdən narazı qalan vətəndaşlar saat 14:00-dan 17:00-dək yaxınlaşıb sərfiyyatı yoxlatdıra bilərlər”.

Facebook Comments