Azərbaycanlı yazıçı fəal Vüqar Nemət ikinci dəfə həbs edilib- Qarabağın azadlığına dəstək nümayiş etdirdiyi üçün

Güney azərbaycanlı yazıçı fəal Vüqar Nemət ikinci dəfə tutulub.

O, dünən səhər saat 8 radələrində “Ettelaat”ın Kəleybər şəhər idarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Vüqar Nemət bir müddət əvvəl Quzey Azərbaycanın müzəffər Ordusunun Qarabağın erməni işğalçılarından azad etməsi uğrunda keçirdiyi döyüş əməliyyatlarına açıq dəstəyini ifadə etmişdi. O, həmçinin döyüşlərdə işğalçılara qarşı Azərbaycan Ordusunun sıralarında iştirak etmək üçün müraciət ünvanlamış, eləcə də faşist erməni cinayətlərini kəskin tənqid etmiş və onlara dəstək olan dövlətləri terror yandaşları adlandırmışdı.

Həbsdən əvvəl “Ettelaat” əməkdaşları yazıçı fəala təzyiq göstərərək, ondan Qarabağ məsələsi, habelə Azərbaycan Respublikasına dəstək və Ermənistanı pisləmə mövzuları ilə bağlı heç nə danışmamağı və yazmamağı tapşırıb, onu təhdid etmişdilər.

Facebook Comments