Azərbaycanlı fəal Zeynəb Həmrəng Tehranda həbs edildi

Azərbaycanlı mədəni fəal Zeynəb Həmrəng Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bu barədə Güney Azərbaycandakı insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, İran hökumətinin təhlükəsizlik qüvvələri Zeynəb Həmrəngin Tehrandakı evinə gələrək axtarış aparıblar. Axtarış əməliyyatı çərçivəsində bir sıra şəxsi əşyaları götürüb, mədəni fəalı və eləcə də onun qızını yanvarın 14-ü həbs ediblər. Fəalın qızı həmin gecə azad edilsə də, Həmrəng həbsdədir.

Onun saxlanılma səbəbi və yeri barədə hər hansı məlumat yoxdur.

Xatırladaq ki, Təhsil İdarəsinin baznişəstəsi olan Zeynəb Həmrəng Seyidbəyli əslən Azərbaycanın Muğan bölgəsindəndir və Tehranda yaşayır.

Facebook Comments