Azərbaycanlı fəal Kavə Darülşəfa müvəqqəti olaraq Evin zindanından azadlığa buraxılıb

Qəzvin sakini olan Kavə Darülşəfa mülki vəsiqə qarşılığında Tehranın Evin zindanından azadlığa buraxılıb.

O iki ay saxlandıqdan sonra yanvarın 23-də müvəqqəti olaraq sərbəst buraxılıb.

Kavə, qardaşı Yaşar saxlandıqdan 5 gün sonra 2019-cu il noyabrın 25-də öz evində Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq Evin zindanının 209-cu korpusuna aparılmışdır.

Azərbaycanlı öyrənci və siyasi fəal Yaşar Darülşəfa isə 2020-ci il yanvarın 1-də mülki vəsiqə qarşılığında Evin zindanından sərbəst buraxılıb.

Kavə 2014-cü ildə qardaşı Yaşara qarşı edilən kobud rəftar və Evin zindanının “Qara cümə axşamı” adı ilə tanınan 350-ci bölümündə saxlanılan digər məhbuslara edilən təzyiqlərə etiraz olaraq keçirilən yığıncaqla bağlı yaxalanıb, Evin Zindanında 15 gün saxlandıqdan sonra sərbəst buraxılıb.

2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı çox sayda fəal, o cümlədən öyrncilər saxlanıldı. Darülşəfa qardaşlarının saxlanması həmin günlərə təsadüf edir.

Sozcu.az

Facebook Comments