Azərbaycanın “Qum Təpə” səhrası son nəfəslərini verir

Güney Azərbaycanın yerli xəbər saytlarının verdiyi məlumata əsasən, Qum Təpə səhrası artıq “son nəfəslərini verir”.

Məlumata əsasən, Güney Azərbaycanın yeganə səhrası olan Qum Təpə həddən artıq qum istehsalı nəticəsində tamamilə məhv olmaq astanasındadır.

Son 10 il ərzində fürsətçilər gəlir əldə etmək məqsədi ilə lisenziya alaraq bu tarixi məntəqənin qum və çınqılını daşıyıb onu sıradan çıxarıblar. Azərbaycanlı ətraf mühit fəallarının etirazlarına baxmayaraq Ətraf Mühit Təşkilatı bu talançılığın nəyinki qarşısı almayıb, ona şərait yaradıb. Qum Təpənin təxminən 6 kvadrat kilometr sahəsi olub.

May ayında sosial şəbəkələrdə yayılan bir videoreportajda təpədən sadəcə neçə kvadrat metrlik kiçik bir sahə qaldığı göstərilmişdi.

Sözügedən təpə Təbriz və Sofiyan şəhərlərinin arasında yerləşir. Ekspertlərin fikrincə, bu məntəqəni bölgənin əsas turizm mərkəzlərindən birinə çevirmək mümkün idi. Bunun üçün bütün təbii və coğrafi şərait mövcuddur.

Facebook Comments