Azərbaycanın dövlət büdcəsinin kəsiri ötən il ÜDM-in 2,4%-ni təşkil edib

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 673,1 mln. manat təşkil edib ki, bu da 2019-cu il ilə müqayisədə 1,9% çoxdur.

Sozcu.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, dövlət büdcəsinin xərcləri isə 26 417,1 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 8,2% çoxdur.

Beləliklə, ölkənin dövlət büdcəsinin kəsiri 1 744 mln. manat və ya ÜDM-in 2,4%-ni təşkil edib.

Facebook Comments