“Azərbaycanı atəşkəsə çağıranlar niyə Ermənistanın törətdiyi terrora susurlar?”

“Başqalarının gücünə arxayın olub güc müstəvisində uzun müddət duruş gətirmək mümkün deyil. Hadisə və proseslərin gedişi göstərir ki, bu davada Ermənistanın yalnz bir yolu qalıb: meyitlərini döyüş meydanından çıxarandan sonra terrorçu hərbi birləşmələrini də Azərbaycan ərazilərindən çıxarmaq.”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib.

Əli Məsimli öz açıqlamasında bildirib ki, sentyabrın 27-dən oktyabrın 9-na qədər münaqişənin həllinə səssiz qalan ölkələr müharibənin gedişatının Azərbaycanın tam və qəti qələbəsinə apardığını görüb atəşkəs, sülh çağırışları etməyə başladılar. Azərbaycan hərbi təcavüzə məruz qalmış ölkə olmasına baxmayaraq, cəbhədə mütləq hərbi və psixoloji üstünlüyə malik ola-ola Ermənistanın yalvarışları ilə beynəlxalq təşkilatların, bir sıra dövlətlərin çağırışı, xüsusilə Rusiyanın təkidi ilə atəşkəslə bağlı çağırışları qəbul etdi.Rusiyanın təşəbbüsü ilə oktyabrın 10-da Moskvada əldə edilən humanitar atəşkəs razılaşması Azərbaycan tərəfindən Ermnistana verilən sonuncu şans,Ermənistanın isə işğaldan azad edilmiş torpaqları geri qaytarmaq cəhdləri və döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən Gəncəyə və digər şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutulması isə bir daha sübut edir ki, humanitar atəşkəs düşmənə havadarları vasitəsilə əks hücüm fürsəti yaratmaq idi. Ermənistan bu fürsətdən bəhrələnərək humanitar atəşkəs sənədi üzrə götürdüyü öhdəlikləri Azərbaycannın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, xeyli sayda dinc sakinləri məhv etmək yolu ilə “yerinə yetirir”. Əli Məsimli sözünə davam edərək bildirib ki,” beynəlxalq ictimaiyyət görsün ki, Gəncəni və digər şəhərləri raket ataşəninə tutmaqla mülki əhaliyə qarşı törətdikləri terror aktı mahiyyət etibarı ilə qətlam olmaqla, 1992-ci ilə Xocalı soyqırımının davamdır.” Əli Məsimli öz açıqlamasında çox vacib bir sual da qaldırıb ki, “Azərbaycanı atəşkəsə çağıranlar niyə Ermənistanın törətdiyi terrora, ana və uşaq qatillərinin müharibə cinayətlərinə susurlar?” BMT Təhlükəsiszlik Şurasının 4 məlum qətnaməsi niyə indiyəcən yerinə yetirilmir? Deputat bu sualları özü belə cavablandırıb ki,”çünki Azərbaycanı atəşkəsə çağıranların əksəriyyəti, sözdə Azəraycanın ərazi bütövlüyünü qəbul etsələr də, əməldə BMT Təhlükəslik Şurasının 4 məlum qətnaməsində göstərilən Qarabağın işğal faktının tanınmasını həzm edə bilmir və işğal olunmuş torpaqların həmin sənədlərdə göstərilən qaydada qeyd-şərtsiz azad edilmsini istəmirlər.”Əli Məsimli sözünə davam edərək bildirib ki, Gəncə qətlamı göstərdi ki, bu cür cəzasızlıq şəraitindən şirniklənən Ermənistanın siyasi və hərbi dairələri hərbi cinayətlər törətməkdən belə çəkinmirlər.Moskvadakı 10 oktyabr sazişinin nəticələri Ermənistanın Azərbaycan xalqına qarşı gündən-günə çoxalan cinayətləri bir daha sübut edir ki, prinsipcə Ermənistanın nasist siyasi rejimi ilə faydalı nəticəyə aparan konstruktiv danışıqlar mümkünsüzdür.Bunun görünən tərəfləri beynəlxalq ictimayittə xeyli dərcədə aydındır,görünməyən tərəfləri isə Ermənistana humanitar yardım adı ilə silah daşınması fonunda açılmaqdadır.”

Əli Məsimli bildirib ki, “hələ 23 il əvvəl “Nezavisimaya qazeta”da dərc etdirdiyi “Müharibə və sülh” adlı məqaləsində Ermənistanın ilk prezidenti Ter-Petrosyan Qarabağla bağlı kompromisə gedilməyəcəyi halda Ermənistanın taleyinin çox ağır olacağını bildirmişdi. O bildirmişdi ki,” realist olmalı və başa düşməlidirlər ki, beynəlxalq ictimaiyyət Qarabağdakı situasiya ilə uzun müddət barışmayacaq… Biz bu gün rədd etdiklərimiz üçün gələcəkdə yalvarmalı olacağıq.” Ermənistan üçün həmin “qat-qat pis” variant – işğala qeyd-şərtsiz son qoyulması məqamı yetişıb.Ermənistanın Azərbaycana qarşı vuruşmasını davam etdirməsi üçün nə canlı qüvvə,nə texniki,nə maliyyə, nə də digər parametrlər üzrə yetərincə gücü və resurları yoxdur.Ermənistanın hərbu büdcəsi 600 milyon dolların ətrafında olamaqla, Azərbaycanınkından azı 6 dəfə azdır.Azərbaycann hərbi büdcəsi Ermənistanın bütün büdcəsində çoxdur.Düşmənin valtuta ehtiyatları isə Azərbaycanınkından 20 dəfə az olmaqla cəmi 2,6 milyard dollar təşkil edir.Sentyabrın 26-dan bu yana şanlı Azərbaycan ordusu tərəfindən darmadağın edilən fəal hərbi qurğu və texnikasının,məhv edilmiş silah arsenalının, silah-sursat,təchizat və sair anbarlarının,30 ilə qurub-yaratdıqları məşhur istehkamlarının və sairinin ümumi dəyəri Ermənistanın qeyd etdiyimiz həmin resurslarından xeyli çoxdur.Belə şəraitdə KİV-lərdə innensiv şəkildə tirajlandığı kimi, müxtəlif leqal leqal kanallarla Rusiyadan,Fransadan Ermənistana daşınan silah-sursat da kömək etməyəcək.Bu,taktiki baxımdan müvəqqəti olaraq minimum effekt verə bilsə də, strateji başımdan daha çox Ermənistanın və həmin silahları göndərənlərin əleyhinə işləyəcək.Suzuz quyuya su tökməklə quyada su olmaz. Başqalarının gücünə arxayın olub güc müstəvisində uzun müddət duruş gətirmək mümkün deyil. Hadisə və proseslərin gedişi göstərir ki,bu davada Ermənistanın yalnz bir yolu qalıb: meyitlərini döyüş meydanında çıxarandan sonra terrorçu hərbi birləşmələrini də Azərbaycan ərazilərindən çıxarmaq.Başqalarının gücünə arxayın olub güc müstəvisində uzun müddət duruş gətirmək mümkün deyil. Hadisə və proseslərin gedişi göstərir ki,bu davada Ermənistanın yalnz bir yolu qalıb: meyitlərini döyüş meydanından çıxarandan sonra terrorçu hərbi birləşmələrini də Azərbaycan ərazilərindən çıxarmaq.”

Əli Məsimli bildirib ki, Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı qurduqlarıoyunları və tələləri dəf etməkdən, məkrli arzu və istəklərini birdəfəlik gözlərində qoymaqdan ötrü hazırda pik nöqtəsinədə olan vətənpərlik, yüksək həmrəylik,ruh yüksəkliyi, böyük qələbəyə inam hissi,güclü dövlət-güclü ordu” amilindən səmərəli istifadə etməkdə yolumuzu davam etdirərək bir sıra istiqamtdə qələbəmizin miqyaslarının daha da genişləndirilməsi və şanslarından maksimum yararlanmağmız çox vacibdir:Birincisi, əgər Ermənistan terror aktları durdurulmasa,onun nasist rejimi təkcə Azərbaycan və region üçün yox,bütövlükdə qlobal təhlüksizliyə təhdid yaradan daha genişmiqyaslı terror aktlarına da əl atacaqlar. Beynəlxalq hüquqa görə, Ermənistanın mülki əhaliyə qarşı törətdikləri qətlam sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır beynəlxalq cinayət sayılır. Ona görə də BMT-nin aidiyyəti strukturları, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri qəbul etdikləri sənədlərin altına qoyduqları imzalarına hörmət etməli,beynəlxalq hüquq və normalarla önların üzərinə düşən məsuliyyətlərini dərk etməli, erməni vandalizminə dərhal ədalətli münasibət bildirməli, həmsədr ölkələri işğalçı dövlətə qarşı təzyiq göstərməlidirlər.Əks halda, Gəncədə törədilən və onun gözlənilən davamına görə cinayətə görə məsuliyyət daşıyırlar. İkincisi, Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar Ermənistan silahlı qüvvələrinin ön xəttə yerləşdirilən hərbi sistemləri darmadağın etməklə, həm də düşmənin “qələbə” illüziyalarını da darmadağın edib.Bunu biz yox, xeyli ekspertlər,hətta Ermənistanın bəzi dairələri və havadarları da etiraf edir.Hazırda pik həddində olan yüksək həmrəylik,güclü dövlət-güclü ordu” amilindən səmərəli istifadə etməkdə Silahlı Qüvvələrimizin hər gün yeni mövqelər,yeni torpaqlar azad edərək,əlləri dinc əhalinin qanına batmış ana və uşaq qatillərinin layiqli cavablarln döyüş meydanında vermıklə zəfər yürüşü düşmən üzərində tam və qəti qələbəyə qədər davam edəcək. Üçüncüsü, döyüş meydanında uduzan Ermənistan diplomatiya,informasiya müstəvisində bunun əvəzini çıxmaq istəyir. Ona görə də indi döyüş meydanı ilə yanaşı diplomatik, media və analitik mübarizə də güclənib. Humanitar atəşkəs oyunu göstərdi ki, Azərbaycana qarşı bir çox tələlər qurulub və qurulmaqda davam edəcək.Ermənistan xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə törətdiyi cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir. Yeni Qarabağ Müharibəsi başlanan 27 sentyabrdan indiydək keçən müddətdə beynəlxalq ictimaiyyiyyət heç vaxt bu qədər yalanla rastlaşmamaışdı.Lakin hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və videogörüntülər bu yalanları ifşa etməkdədir.Güman edirk ki, düşmənin yalan maşını susdurmadan ötrü hər kəs əlindən gələni əsirgəməyəcək və bu bu sahədəki çox zəruri fəaliyyətimiz daha da genişlənəcək. Ona görə də Ermənistanın təcavüzünün dayandırnağın mağıstral yolu onun hərbi maşınının sındırmaqla yanaşı, həm də yalan maşınını da susdurmaqdan keçir.Dördüncüsü, hazırkı sərt reallıqlar şəraitində Azərbaycana olan təzyiqlərin xeyli dərəcədə neytrallaşdırılması və aradan qaldırılmasının ən gücül faktoru sözdə və əməldə bizi birmalı şəkildə dəstəkləyən ölkə və qurumlar,ilk növbədə isə qardaş Türkiyədir. Hazırkı geosiyasi reallıqlar baxımından Türkiyə nəinki bölgədə, dünya çapında real güc mərkəzi,söz sahibidir”Əminik ki, qardaş Türkiyə Azərbaycana, beynəlxalq arena da daxil olmaqla, bütün sahələrdə dəstək verməkdə davam edəcək.Beşincisi, xaricdə yaşayan həmvətənlərimiz bütün imkanlarını səfərbər edib, Azərbaycanın beynəlxal hüquq və istəniləmn müstəvidə haqlı olduğu bu məsələsini yaşadıqları ölkələrin səlahiyyətli qurumlarına və ictimaiyyətinə çatdırılması istiqamətinə səylərinin artırılması Azərbaycan Ordusunun xilaskarlıq missiyasına töhfə olaraq çox vacibdir.”

Facebook Comments