Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq

Azərbaycandakı bütün turizm bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası tərəfindən qeydiyyatdan keçiriləcək.

Bunu Trend-ə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.

Onun sözlərinə görə, həmin bələdçilər haqqındakı məlumatlar ATBA-nın məlumat bazasına daxil ediləcək.

S.Əsgərova bildirib ki, hazırda turizm sənayesində 600-ə yaxın turizm bələdçisi fəaliyyət göstərir. Həmin bələdçilərin 300-ə yaxını ATBA-nın məlumat bazasında qeydiyyatdan keçib:

“Onlar bizimlə birbaşa əməkdaşlıq edirlər. Digər 300 bələdçini də qeydiyyatdan keçirəcəyik. Bu il ərzində bütün turizm sənayesi üzrə bu işi həyata keçirməyi nəzərdə tutmuşuq”.

Sozcu.az

Facebook Comments