Azərbaycandakı banklar bugünkü valyuta hərracında 66,4 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sozcu.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 66,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (14 yanvar 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 33,7% və ya 33,7 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Facebook Comments