Azərbaycandakı banklar bugünkü valyuta hərracında 53,8 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sozcu.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 53,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (13 aprel 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 13,4% və ya 8,3 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Facebook Comments