Azərbaycanda pomidor istehsal və ixrac edən sahibkarlara dəstək mexanizmləri nəzərdə tutulub

Azərbaycan pomidor istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən dəstək mexanizmləri nəzərdə tutulub.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, bu barədə Fondun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev sahibkarlarla onlayn formatda keçirilən görüşü zamanı qeyd edib.

O, görülən işlər və göstəriləcək dəstək mexanizmləri barədə məlumat verib, sahibkarları bu sahənin inkişafı məqsədilə dövlət qurumları ilə sıx əməkdaşlığa dəvət edib.

Görüşdə ənənəvi bazarlarla yanaşı, Körfəz və Avropa ölkələrinə satışının həyata keçirilməsi istiqamətində işlərin başlandığı bildirilib.

Azpromo və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər şəxslərinin, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə ixracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni prioritet bazarların araşdırılması məsələləri müzakirə edilib.

Facebook Comments