Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilən 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sozcu.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.

Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.

Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Facebook Comments