Azərbaycanda iş və xidmət sahələrinin fəaliyyəti iyulun 20-dək dayandırıldı – RƏSMİ

2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək bəzi iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Sozcu.az-ın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həmin ərazilərdə aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət qadağan edilib:

– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

– ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

– muzey və sərgi zallarının fəaliyyəti;

– bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

– təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

– açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Facebook Comments