Azərbaycanda iş adamı yol qəzasında öldü

Salyanda baş verən yol qəzasında sürücü ölüb.

Sozcu.az-ın xəbərinə görə, hadisə ötən gecə saatlarında Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ruslan Tofiq oğlu Abdullayevin idarə etdiyi “Toyota” markalı, 90 BK 939 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən R.Abdullayev Salyanda fermer fəaliyyəti ilə məşğul olub. O, ferma işlədirmiş.APA

Facebook Comments