Azərbaycanda avtomobil dərəyə yuvarlandı, ölən və yaralananlar var

Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.

Sozcu.az-ın xəbərinə görə, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. “UAZ” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.APA

Facebook Comments