Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var

Ağdam rayonunda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.
Sozcu.az xəbər verir ki, hadisə İmamqulubəyli kəndində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Facebook Comments