Azərbaycanda ağır qəza: 2 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Sozcu.az-ın məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda Bərdə postuna yaxın ərazidə baş verib.

Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2107” markalı maşın digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2107”-də olan iki nəfər hadisə yerində ölüb.

Digər avtomobildə olan qadın, azyaşlı uşaq və sürücü ağır xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.APA

Facebook Comments