Azərbaycanda 2 idmançı dopinq testdən imtina edib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 2019-cu ildə aşkarladığı 16 qayda pozuntusunun növləri bəlli olub.

Sozcu.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli açıqlayıb.

O, ilin yekunları bağlı keçirilən mətbuat konfransında bildirib ki, 13 halda qeyri-əlverişli analiz nəticəsi, 2 dəfə testdən imtina, 1 dəfə dopinq nəzarəti prosesinə müdaxilə aşkarlanıb. “Qeyri-əlverişli analiz nəticələrindən 7-si idmançının analizində anabolik vasitələr, 3-də diuretiklər və gizlədici maddələr, 2-də stimulyantlar, 1-də qlukokortikoidlər aşkarlanıb”. Qeyd edək ki, başa çatmaqda olan 2019-cu ildə idmançılardan 1350 test götürülüb.//Apa.az

Facebook Comments