Azərbaycanda 14 yaşlı qızı ərə vermək istədilər

Azərbaycanda 14 yaşlı qızı ərə vermək istəyiblər.

Sozcu.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə profilində məlumat paylaşıb.

M.Zeynalovanın sözlərinə görə, o, rayonların birində 14 yaşlı qızın 27 yaşlı bir gənclə nişanlandığı və bir neçə gün sonra qızın gəlin aparılacağına dair məlumat alıb:

“Səhər tezdən edilən zəngdə rayonların birində 14 yaşlı uşağın 27 yaşlı bir gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılması məlumatını aldım. Dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu barədə məlumatı ötürdüm. Günortaya artıq məlumat aldım ki, ailə ilə görüşülüb, hüquqi məsuliyyət barədə ailə məlumatlandırılıb və ailə nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb. Uşaq təhsilini davam etdirmək istədiyini, lakni məcburi ərə verildiyini təsdiq edib”.

Facebook Comments