Azərbaycana Ordusu ermənilərin dayaq məntəqəsini, canlı qüvvəsini belə məhv etdi – ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Azərbaycan Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

Facebook Comments