Azərbaycana günəş eynəklərinin idxalı azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 1,075 mln. ABŞ dolları dəyərində 1 146 506 ədəd günəş eynəyi idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 29,7%, miqdar ifadəsində isə 34,4% azdır.

Sozcu.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin ilk 9 ayında Azərbaycana günəş eynəklərinin əsas tədarükçüsü Çin olub. Hesabat dövründə, Çindən Azərbaycana 805,53 min dollarlıq 1 122 794 ədəd günəş eynəyi gətirilib ki, bu da illik müqayisədə dəyər ifadəsində 21%, miqdar ifadəsində isə 35,1% azdır.

Qeyd edək ki, Azərbaycanın günəş eynəklərinin idxalında ikinci pillədə qərarlaşan Türkiyə isə 2020-ci ilin ilk üç rübündə ölkəyə 19,22 min dollar dəyərində cəmi 18 732 eynək göndərib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,1 dəfə, miqdar ifadəsində isə 70,3% çoxdur.apa

Facebook Comments