Azərbaycan Xalq Hərəkatının (AXH), Qarabağ savaşı qazilərinin və Bozqurdların Bəyənatı

Bəyanatda deyilir: ​

”Böyük Türk Millətinə!

Türkiyə Respublikasının 12-ci prezidenti sayın Receb Tayyib Ərdoğana, Milliyətçi Hərəkat Partiyasının genel başkanı sayın Devlet Bahçeliye, Türk Silahlı Kuvvetlerine, Asker ve komutanlarına Azərbaycan Silahlı Kuvvetlerine bildiririk ki, Türkiyə Cumhurbaşkanı Receb Tayyib Erdoğan başkanlığında toplanan Milli Güvenlik Kurulu toplantısının 22.07.2020 tarixli qərarını tam dəstəkləyirik. Biz, AXH, Qarabağ savaşının Qaziləri Ana Yurdumuz olan Türkiyəmizin təhlükəsizliyi, müdafiəsiz qalmış insanlarımızın həyatlarının xilası üçün başlatılan Afrin Zeytindalı hərəkatını, Barış Pınarı hərəkatını, Bahar Kalkanı hərəkatını, Libiya hərəkatını, Pence Kalkanı hərəkatını, PKK, PYD, YPQ terror örgütlerine qarşı əməliyyatları dəstəkləyir və çiyin-çiyinə savaşa hazırıq. Türkiyə dövlətinə və ulusuna bu kutsal savaşda Yüce Tanrıdan başarılar diləyirik! Eyni zamanda Böyük Türk milləti və Dövləti bilsin ki, Ata Yurdumuz Can Azərbaycanın torpaqlarının 20%-i erməni və rus havadarlarının işğalı altındadır. Azərbaycan Türkləri tarixi imtahan qarşısındadır. Ordumuz Türk Ordusunun hər cür dəstəyi ilə güclənmişdir. Artıq millətimizin səbr kasası daşmış, ox yayından çıxmışdır. İşğalçı ordunun​ “yönetimi ve komutanları” Qarabağımızda “dövlət qurur”, “bayram və andiçmə” edir. Lakin barmaqları tetikde olan Azərbaycan ordusu və əmr Komutanları susur. Azərbaycan Halkı ayaqdadır və Tarixi Əmri gözləyir! Azərbaycan Türkləri və Bütünlüklə Türk Dünyası erməni və rus havadarları tərəfindən təhqir olunmuşdur. Yetər artıq! Düşmənlərimizə Dünya Bozkurtlarının Lideri, Mərhum Liderimiz Alp Arslan Türkeşin sözü ilə səslənirik:

“Mevzu Vatansa, Hepimiz Ölürüz, Mevzu Makamsa, Hepiniz ölün!”
İki Dövlət, Bir Millət. Bir millət deyilən sözün açıqlaması- adı və sahibi- Türkdür, Türk Millətidir. Azərbaycan Türkləri olaraq Qardaş Türkiyəmizdən, öncə təklif, sonra tələb edirik:

1.Azərbaycanla Türkiyə təcili Konfederativ Dövlət yaratmaq haqda qərar qəbul etsinlər.
Türkiyə-Azərbaycan Konfederativ Dövləti yaradılsın.

2.Qardaş Türkiyə Azərbaycanda askeri üstlərini acil qurmalıdır! Bunu bizdən Türk millətinin bu coğrafiyada Turana, Türk Dünyasına gedən Böyük Yolu– mübarək Türk və Turan Birliyi tələb edir. Bunu bizdən hər tərəfi Türk millətinin düşmənləri ilə sarılmış coğrafiyada- tarix və gələcək nəsillər tələb edir. Bəşər tarixində 3 qitənin sahibi olmuş, 16 imperatorluq, 136 dövlət qurmuş Böyük Türk Millətinin torpaqları işğalda qala bilməz. “Turan ordusunun” rüşeymləri artıq cücərmişdir və regionda söz sahibidir. Böyük Komutan, Ənvər Paşa və Nuri Paşanın Qəhrəmanlıq Dastanını Türkiyə və Azərbaycan ordusunun öndərliyi ilə bir daha Qarabağda və regionda təkrarlayaq. Sayın Baş Komutan!

​ Əmr Sizdə! Əmr Yücə Türk Millətində! Azərbaycan Bozqurdları, Qaziləri və Ordusu əmrinizlə savaşa hazırdır! Yolumuz açıq, məramımız uğurlu olsun, Türkiyəm! Tanrı Türkü Qorusun! Azərbaycan Xalq Hərəkatının, Qarabağ savaşı Qaziləri və Bozqurdlar!”

Facebook Comments