Azərbaycan-Türkiyə hərbi təlimi türk mediasında

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır.

Sozcu.az xəbər verir ki, türkdilli tamaşaçılar və oxucular üçün yayımlanan məlumatlarda Türkiyə Silahlı Qüvvələrinin təlimlərdə iştirak edən birliklərinin Azərbaycanda böyük təntənə ilə qarşılandığı qeyd olunub. Həmçinin hərbi birləşmələrin qarşılanma mərasimi və təlimlərin gedişi ilə bağlı geniş videomateriallar və fotolar yayılır. İki qardaş ölkə arasındakı hərbi müttəfiqlik tanınmış ekspertlər tərəfindən də şərh edilməkdədir.

Sözügedən məlumatlar Anadolu Agentliyi, TRT HABER, A HABER, TRT AVAZ, HABER TÜRK, CNN TÜRK, BENGÜ TÜRK televiziya kanalları, “Təqvim”, “Yaşil İğdır”, “15 Temmuz”, “Milliyət”, “Sözçü” qəzetləri, o cümlədən əyalətlərdə fəaliyyət göstərən onlarla mətbuat orqanı tərəfindən davamlı olaraq yenilənir.

Facebook Comments