Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel azdır.

Bu barədə Sozcu.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 59,83 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel azdır.

Facebook Comments