Azərbaycan Kinematoqrafçılar İttifaqı 1963-ci ilin bu günü yaranıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı — Azərbaycan kinematoqrafçılarının 1963-cü ildə təsis edilmiş ictimai birliyi.

Tarixi

11 yanvar 1963-cü ildə təsis edilmişdir. Təşkilatın 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilmişdir[1].

İttifaq MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasınn təsisçilərindən və üzvüdür.

1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycan Kİ-nin birinci katibi seçilmişdir. 1996-cı ildə MDB və Baltikanı Kinematoqrafçılar Birliyi Konfederasiyasının iştirakı ilə, Azərbaycan Kinematoqrafçılar ittifaqı Azərbaycanda dünya kinosunun 100 illiyinə həsr olunmuş ilk Beynəlxalq Bakı festivalı – “Şərq-Qərb” keçirildi və nəticədə bu cür tədbirlər ənənəvi hal aldı.[2][3][4][5][6] 18 dekabr 2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən avqustun 2-nin kinematoqrafçılar günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalandı.[7] Hər cümə günü kino pərəstişkarları üçün dünya və milli kinematoqrafının Qızıl Fondunu təşkil edən filmlərin nümayişləri keçirilir, həmçinin yeni çəkilmiş filmlər də göstərilir. AKİ beynəlxalq əlaqələrin inkişafı üçün çalışır. 2005-ci ildə səfirliklər və Mədəniyyət Nazirliyi ilə birgə tədbirlər keçirilmişdi. Belə tədbirlərin arasında İsrail filmləri festivalı və Holostok günü; İran kino günləri; “Yeni Rus kinosu” günləri; “Yeni Macar kinosu” günləri, Hind və Türk filmləri festivalı yer almışdı. Tamaşaçıların nəzərinə müxtəlif janrlarda, müxtəlif stil və ənənələrin filmləri çatdırılmışdır.

İttifaqın təsis etdiyi Bakı Kino Məktəbində onlarla gənc peşəkar təhsil almaq şansı qazanıb.

Təşkilat Milli Kino Günü illik mükafat təsis edib. Mükafatın qalibləri sırasında Anar, Fuad Poladov, Fəxrəddin Manafov, Əsəd Əsədov, Tahir Əliyev, Firəngiz Qurbanova kimi peşəkarlar var.

Facebook Comments