Azərbaycan III rübdə qaz ixracını 13% artırıb

Bu ilin III rübündə SOCAR tərəfindən 1,3 mln. tona yaxın neft, 827 mln. kubmetrdən çox təbii qaz emal olunub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hesabat rübündə 3,7 mln. ton neft və 148 mln. kubmetrdən çox qaz ixrac olunub.

Cari ilin III rübündə ölkə daxilində 2,3 mlrd. kubmetrə yaxın qaz istehlak olunub, 3 mlrd. kubmetrdən artıq qaz isə ölkədən ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% çoxdur. Rüb ərzində həmçinin, SOCAR-ın müəssisələrindən istehsal olunmuş 571 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.

Facebook Comments