“Azərbaycan dövləti heç vaxt gördüyüm işlərə və yaradıcılığıma dəyər vermədi” – Aygün Həsənoğlu

“Azərbaycan dövləti heç vaxt gördüyüm işlərə və yaradıcılığıma dəyər vermədi. Baxmayaraq ki, dəyər verdiklərinin hamısından çox işləmişdim. Bunu o zamankı məmurların üstünə də atmaq olar. Əli Həsənovun, Əliqismət Lalayevin, eyni zamanda heç adını çəkmək istəmədiyim Dövlət Komissiyası katibləri ilə İşçi qrupu rəhbərlərinin, Anarın və s. İndi Anardan başqa heç biri əvvəlki vəzifəsində deyil. Amma dövlət tək-tək məmurlardan ibarət sistem olmadığı üçün hesab edirəm ki, əsl dövlət bunu görməli idi, görmək istəmədi”.

Sozcu.az xəbər verir ki, bunu İstanbuldakı Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri, yazıçı-tədqiqatçı Aygün Həsənoğlu deyib:

“Səbəbinin birincisi bu idi ki, mən yaltaq olmadım. Yəni yaltaqlıq edib qiymət almaqla dövlətimi gözdən salmaq istəmədim.

Təsəllim budur ki, heç bir zaman başqasının haqqını yemədim, həqiqəti, şərəfimi və ləyaqətimi tapdayıb kiçilərək yüksəlmədim.

“Özümü belə “yüksəlməyə” layiq bilmədim” deyən Aygün Həsənoğlu, öz vicdanı qarşısında başıuca olmaq gözəl şeydir deyə qeyd edib:

Bilirəm ki, öləndən sonra da qiymət verməyəcəklər. Vaxtilə mənimlə bir otaqda işləyəndə “Mən sənə çox hörmət edirəm” deyən keçmiş iş yoldaşım kimi, yazdığım layihələri mənimsəməyə, oğurlamağa çalışacaqlar…

Amma o dünyaya gedəndə şəhidilərimizə və böyük şəxsiyyətlərimizə, hər kəsdən əvvəl isə Allaha deyəcək sözüm var: “Əlimdən gələn və gəlməyən hər şeyi etdim, etməyə çalışdım”…

Sözüm odur ki, istetedadınız varsa, vətən və millət üçün nəsə edə bilirsinizsə heç nəyə baxmadan davam edin!”

Facebook Comments