Azad Həsənovun işi: BŞBPİ məhkəmənin sorğusuna cavab verməyib

Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü, siyasi məhbus Azad Həsənova qarşı qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam edib. Məhkəmə prosesində MSDM-in sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, Müsavatın bir qrup fəalı və Azad Həsənovun yaxınları və jurnalistlər iştirak ediblər.

Məhkəmədə vəkil Osman Kazımovun ötən iclasda verdiyi vəsatətə uyğun olaraq, Azad Həsənovun həbs edilməsi əməliyyatın rəhbərlik etdiyi bildirilən polis mayoru Fikrət Nəsirov, eləcə də polis leytenantı Şamil Bağırov dindiriliblər. Hər iki polis zabiti istintaq materiallarında əksini tapan itihamları təsdiqləyiblər. Lakin vəkilin suallarına cavab verərkən bir sıra ziddiyətli fikirlər səsləndiriblər.

Dindirilmə zamanı hakim İradə Həsənova bir neçə dəfə Osman Kazımovun və Azad Həsənovun şahidlərə sual verməsini əngəlləyib.

Ötən iclasda məhkəmə Osman Kazımovun vəsatətini təmin edərək, Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) sorğu göndərmək və 2018-ci il oktyabrın 11-də – Azad Həsənovun həbs edildiyi gün BŞBPİ-yə gəlib-gedənlərin qeydiyyat jurnalının surətini istəmək haqda qərar qəbul etmişdi. Bu jurnal Azad Həsənovun üzərində axtarış aparılarkən orada olduqlarını iddia edən hal şahidlərinin ifadələrinin doğru, yaxud yalan olduğunu üzə çıxara bilərdi.

Lakin məlub olub ki, BŞBPİ məhkəmənin sorğusuna rəğmən, qeydiyyat jurnalını təqdim etməyib. Bu gün dindirilən polsu əməkdaşları BŞBPİ-də təhlükəsizlik kameralarının çalışdığını və ora gəlib-gedən hər kəsin

Məhkəmə iyunun 3-də, saat 11:00-da davam etdiriləcək.

Azad Həsənov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də səhər saat 5 radələrində Bakıya gəlib. Elə həmin gün axşam saat 17 radələrində atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər.

Basta