Azərbaycandakı avtoritarizmin mövcudluğu ermənilərin Qarabağ məsələsində təbliğatını gücləndirən faktor kimi

Rüfət Əhmədzadə, siyasi təhlilçi

Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakanyan BMT-nin 41 ci İnsan Hüquqları Şurasında çxışında demişdir ki, “Dağlıq Qarabağın əhalisi digər insanlar kimi öz ayrılmaz haqları olan müqəddaratını təyin etmə, siyasi statuslarını azad şəkildə müəyyən etmə, iqtisadi sosial və mədəni haqlarını davam etdirmə hüquqlarına malikdirlər”. Daha sonra çıxışında Azərbaycanın məhz ermənilərin bu hüquqlarını “təhdid etdiyini” də vurğulayıb. O, həmdə Dağlıq Qarabağın öz sakinlərinin insan hüquqlarının qorunması və inkişaf etdirilməsinə görə cəhdləri tanınmağa layiqdir deyə ifadə işlətmişdir.

Qarabağ münasqişəsi ilə bağlı Ermənistanın beynəlxaq aləmdə öz mövqeyinə dəstək almaq cəhdi artıq bir neçə ildir ki, Azərbaycanda mövcud olan Əliyev hakimiyyətinin formalaşdırdığı sərt avtoritarizm faktorundan faydalanmaqla davam edir. Xüsusuilə də münaqişənin Qarabağ ermənilərinin öz “hüquqlarını qoruma” mübarizəsi kimi təqdim edən Ermənistan dövləti və Erməni diasporası universal insan haqları və Qarabağ məsələsi arasında parallelik apararaq Qərbin demokratik dövlətlərinin və beynəlxaq təşkilatların erməni mövqeyini dəstəkləməsinə güclü şəkildə çalışırlar. Məhz bunu edərkən Azərbaycanda formlaşmış diktatura sistemi, Azərbaycan vətəndaşlarının əsas insan hüquq və azadlıqlarından Əliyev hakimiyyəti tərəfindən məhrum edilməsini, Azərbaycanda hüquqi -dövlətin mövcud olmamasını və bunların başında Azərbaycan xalqının öz seçdiyi hakimiyyəti yaratma hüququnun praktiki olaraq yox edildiyini isnad edirlər.

Qarabağ münaqişəsi Azərbaycan üçün təkcə xarici siyasət predmeti olaraq qəbul edilə bilməz və bu problemin Azərbaycanın daxili siyasəti ilə bağlılığı box güclüdür. Yəni, əgər Azərbaycan hakimiyyəti Qarabağ ermənilərinə yüksəkstatuslu muxtariyyat vermək istəyirsə ilk öncə ermənilərin tez-tez beynəlxaq tədbirlərdə, nüfuzlu qəzet və jurnallarda nəşr etdikləri məqalələrdə vurğuladığı arqumentləri olan Azərbaycanın insan hüuquq və azadlıqlarını tapdalayan avtoritar bir rejim tərəfindən idarə ediməsini öz əməli fəaliyyətləri ilə aradan götürməli idi. Təbii ki, hazırda Azərbaycanı idarə edən sistemi beynəlxq münasibətlərdə əsas göstəricilərdən olan imic məsələsi yalnız hakimiyyətin davamlılığını təmin etmə çərçivəsində maraqlandırır. Milyonlarla dollar hesabına baş tutan mənasız beynəlxaq konfranslar hakimiyyətin ən yüksək idarəçilərinin Avropada qədim kilsə və monastrları təmir etdirməsi Azərbaycan dövlətindən çox mövcud ailə hakimiyyətinin imicini yaxşılaşdırmağa, Azərbaycan xalqının demokratik dəyərləri və siyasi plüralizmi yaşamağa və ya qurmağa hazır olmadığını ancaq siyasi rejiimí təmsil edənlərin modern düşüncə və dəyərlərə sahib olduğu təbliğ edərək dəstək alma üzərində qurulur. Bu cür yanaşma isə Qarabağ məsələsində öz mövqelərində heç bir dəyişiklik etməyən və global siyasi münasibətləri yaxşı dərk edən ermənilərin münaqişəni Demokratik Ermənistan ilə diktatura rejimli Azərbaycan arasında Qarabağ ermənilərinin öz müqəddaratıını həll etmə və öz insan hüquqlarını qorumaqları üçün meydana çıxdığını deyərək inkişaf etmiş demokratik cəmiyyətlərin müxtəlif kəsimlərindən öz mövqelərinə dəstək alaraq, yekunda bu dəstəyin siyasi dəstəyə çevriləcəyi və Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünün deyil Qarabağ ermənilərinin öz hüquqlarını müdafiə edən siyasi iradəyə çevriləcəyini və Azərbaycanın münaqişənin tənzimlənməsində beynəlxaq dəstəkdən məhrum edilməsi ilə nəticələnəcəyi strategiyasına xidmət edir. Dolayısı ilə Azərbaycan hakimiyyəti ermənilərin beynəlxaq aləmdə mövqelərinin geclənməsinə yardım etmiş olur.

Bəzi Azərbaycan siyasətçilərinin dediyi kimi guyə ermənilər demokratik idarəçiliyin və insan haqlarının olmamasından öz təbliğatlarında istifadə etmirlər fikri artıq gülüncdür . Həmin siyasilərin Ermənistan Xarici İşlər Nazrinin fikirlərinə baxmaları kifayət edəcək reallığı qavramağa. Bu səbədən də Azərbaycan xalqının məhz özünün maraqları naminə modern-firavan işlək democratie cəmiyyət qurmağa ehtiyacı vardır.

Facebook Comments