Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək – Video

İran premyer liqasında Güney Azərbaycanın “Traktor Sazi” futbol klubu ilə “İstiqlal”ın qarşılaşması zamanı azarkeşlər Türkiyəyə dəstək verən şüarlar səsləndiriblər.

Sozcu.az xəbər verir ki, azarkeşlər oyun zamanı “Türkiyə” şüarları səsləndiriblər. Bununla onlar həm Türkiyənin “Sülh çeşməsi” əməliyyatına, həm də bir müddət öncə hərbi salam verdiyi üçün cəza alan “Traktor” futbolçusuna dəstək veriblər. Üstəlik azarkeşlər oyundan sonra Azərbaycan dili ilə bağlı haqlarının verilməsini tələb edən şüarlar səsləndiriblər.

Bununla belə İran polisi azarkeşlərin Türkiyə bayraqlarıyla stadiona girməsinə mane olublar. Nəticədə 6 nəfər saxlanılıb.