Azərbaycan torpağında terrorçu R. Köçəryanın azadlığa buraxılması üçün imza toplanmağa başlandı-FOTO

Azərbaycanın işğal altındakı torpaqlarında işğalçı Ermənistanın ikinci terrorçu prezidenti olan Robert Köçəryanın müdafiəsi üçün imzalar toplanmağa başlanıb.

Sozcu.az xəbər verir ki, “Artsax naminə” hərəkatın “Facebook” səhifəsində yayılam məlumata görə, imza toplanışına Xankəndidə qondarma separatçı-terrorçu rejimin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri, əli minlərlə Azərbaycan vətəndaşının qanına bulaşmış Qarabağın terrorçu “qəhrəman”ı, general Vitali Balasanyanın ofisi yaxınlığında start verilib. Aksiyada məqsəd İrəvanda həbsdə saxlanılan Xocalı qatili R.Köçəryanın azadlığa buraxılıb yenidən Qarabağa dönməsidir.(Moderator.az)

Facebook Comments