Azərbaycanlı şair sürgünə göndərildi

Güney azərbaycanlı şair, milli-mədəni fəal Siyamək Mirzayi​ 3 illik həbs müddətini başa vurduqdan sonra sürgünə göndərilib.

Sozcu.az xəbər verir ki, fəal Tehranın Evin zindanından sərbəst buraxıldıqdan sonra 1 illik sürgün cəzası çəkmək üçün Qain şəhərinə aparılıb.

Qeyd edək ki, 39 yaşlı azərbaycanlı şair və yazıçı S.Mirzayi “sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilir.