Azərbaycanlı mühacirlər Almaniyada aksiya keçirib-Foto

Aksiyaçılar siyasi məhbus hesab edilən şəxslərə azadlıq tələb ediblər

Avropada yaşayan bir qrup mühacir Almaniyanın Nürnberq şəhərində aksiya keçirib. Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi siyasi məhbus hesab edilən şəxslərə azadlıq tələbidir. Mərkəzin Bavariya koordinatorluğundan Meydan TV-yə verilən məlumata görə, 50 nəfərdən artıq şəxs aksiyada iştirak edib.

Müsavat Partiyasının üzvü, hazırda həbsdə olan Azad Həsənovun xanımı Təranə Həsənova aksiyada iştirak etmək üçün Litvadan Almaniyaya gedib. Aksiyaçılar şüarlar səsləndiriblər, həbsdə olan jurnalist Əfqan Muxtarlının, Azad Həsənovun və digərlərinin şəkillərini qaldırıblar.

Aksiya iştirakçıları sonda hazırladıqları qətnaməni Almaniya parlamentinə və digər dövlət orqanlarına təqdim ediblər.(Meydan tv)

Sozcu.az